Çində əhalidən bir həftə evdən çıxmamaq istənildi

Çində əhalidən bir həftə evdən çıxmamaq istənildi Çinin Hebey vilayitinin Şitszyaçjuan və Sintae şəhərlərinin səlahiyyətliləri koronavirusun yenidən baş qaldırması səbəbindən sakinlərdən bir həftə ərzində evlərini tərk etməmələrini istəyib
Digər ölkələr
9 Yanvar , 2021 12:29
Çində əhalidən bir həftə evdən çıxmamaq istənildi

Çinin Hebey vilayitinin Şitszyaçjuan və Sintae şəhərlərinin səlahiyyətliləri koronavirusun yenidən baş qaldırması səbəbindən sakinlərdən bir həftə ərzində evlərini tərk etməmələrini istəyib.

Bu barədə “Report” “RİA Novosti”yə istinadən xəbər verir.

Qeyd olunur ki, bu şəhərlərdə bütün əhali koronavirus testindən keçirilib. Testləşdirmə başa çatandan sonar isə səlahiyyətlilər yerli sakinləri yeddi gün karantin qaydalarına riayət etməyə çağırıb. Şitszyaçjuanda bu gündən bütün ictimai nəqliyyat bağlanıb.

Əlavə edək ki, yanvarın 2-dən 8-dək Hebey vilayətində 137 COVID-19 hadisəsi aşkar edilib, daha 197 nəfər asemptomatik daşıyıcı olub. Eyni zamanda yoluxmuş insanlarla sıx təmasda olan təqribən 4 min nəfər mərkəzləşdirilmiş karantində müşahidə altına alınıb.

Son xəbərlər

Orphus sistemi