​Çində daşqınlar 7 nəfərin ölümünə ölüb

​Çində daşqınlar 7 nəfərin ölümünə ölüb Təbii fəlakət zamanı daha 7 nəfər itkin düşüb
Digər ölkələr
20 İyul , 2016 05:12
​Çində daşqınlar 7 nəfərin ölümünə ölüb

Bakı. 20 iyul. REPORT.AZ/ Çinin mərkəzi və şimal ərazilərində baş vermiş daşqınlar zamanı 7 nəfər ölüb. "Report"un məlumatına görə, bu barədə "Sinxua" agentliyi xəbər yayıb.

Agentliyin xəbərində bildirilir ki, təbii fəlakət zamanı daha 7 nəfər itkin düşüb.

Bazar günündən davam edən güclü yağışlar Xubey (Mərkəzi Çin) əyalətinin 35 şəhər və rayonunda yaşayan 807,8 min sakinə zərər vurub. Bu əyalətdə beş nəfər ölüb, bir nəfər itkin düşüb.

Xebey (Şimali Çin) əyalətində isə bir nəfər həlak olub, altı nəfər itkin düşüb. Fasiləsiz davam edən leysanlar yolları batıraraq axtarış-xilasetmə işlərinin aparılmasına mane olur.

Milli meteoxidmət bu həftə növbəti yağışların yağacağını proqnozlaşdırır. 

Son xəbərlər

Orphus sistemi