Çində ötən sutka ərzində 19 nəfərdə yeni növ koronavirusun aktiv forması və 4 simptomsuz yoluxma halı aşkarlanıb.
“Report” xəbər verir ki, bu barədə ölkənin Gigiyena və Səhiyyə Məsələləri üzrə Dövlət Komitəsi bildirib.
Ötən sutka ərzində koronavirusdan ölən olmayıb. Yoluxanlardan 17 nəfəri xaricdən gəlib, qalanlar isə Pekində yoluxub.
Hazırda 428 koronavirus daşıyıcısı həkimlərin nəzarəti altında saxlanılır.
Qeyd edək ki, iyunun 11-də 56 günlük aradan sonra "Sinfadi" bazarı ilə əlaqəli ilk yoluxma halı aşkarlanıb. Hökumət virusun yayılmasının qarşısını almaq üçün paytaxtda karantin tədbirlərini sərtləşdirib. Pekində indiyədək 480 məntəqə üzrə təxminən 3 milyona yaxın adam testdən keçirilib.