​Çində baş vermiş yanğın zamanı 9 nəfər ölüb

​Çində baş vermiş yanğın zamanı 9 nəfər ölüb Daha 2 nəfər ağır xəsarət alıb
Digər ölkələr
15 Avqust , 2016 06:23
​Çində baş vermiş yanğın zamanı 9 nəfər ölüb

Bakı. 15 avqust. REPORT.AZ/ Çində baş vermiş yanğın zamanı 9 nəfər ölüb, 2 nəfər ağır xəsarət alıb.

"Report"un məlumatına görə, bu barədə "Sina" agentliyi xəbər verib.

Məlumata görə, hadisə ölkənin cənubundakı Quandun vilayətində baş verib. Yanğın Dunquan şəhər dairəsinin Dalan qəsəbəsində icarəyə götürülmüş evdə qeydə alınıb.

Alovun söndürülməsinə 90 yanğınsöndürəmn cəlb edilib. Onlar 14 nəfərin həyatını xilas edə biliblər. Lakin buna baxmayaraq xilas olunanlardan 9-u xəstəxanada dünyasını dəyişib.

Xəsarət alanların vəziyyəti ağır qiymətləndirilir.

Polis hadisənin başvermə səbəblərini araşdırır.

Son xəbərlər

Orphus sistemi