Çində baş verən yanğında 15 nəfər ölüb, onlarla xəsarət alan var
Digər ölkələr
- 24 fevral, 2024
- 01:50
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Çinin şərqindəki Szyansu əyalətinin Nankin şəhərində cümə günü səhər saatlarında baş verən yanğında 15 nəfər ölüb, 44 nəfər xəsarət alıb.
“Report” xəbər verir ki, bu barədə yerli hakimiyyət orqanlarına istinadən “Xinxua” agentliyi məlumat yayıb.
Məlumata görə, cümə günü saat 04:39 radələrində (Bakı vaxtı ilə saat 00:39) yerli yanğınsöndürmə xidmətinə yaşayış binasında yanğınla bağlı həyəcan siqnalı daxil olub. Xilasedicilər saat 06:00 (02:00) radələrində yanğını söndürüb, saat 14:00 (10:00) radələrində hadisə yerində axtarış-xilasetmə əməliyyatı başa çatıb.
İlkin araşdırma zamanı məlum olub ki, yanğın elektriklə işləyən mopedlərin yerləşdiyi binanın birinci mərtəbəsində baş verib.
İstintaq aparılır.
Son xəbərlər
21:26
"Barselona" Xulian Alvareslə danışıqlara görə cərimələnib
Futbol
21:24
Rusiya Britaniyanın müdafiə şirkətlərinin rəhbərlərinə sanksiyalar tətbiq edib
Digər ölkələr
21:20
Putin və Pezeşkian İran ətrafındakı vəziyyəti müzakirə ediblər
Region
21:06
Agentlik "WhatsApp" hesablarının ələ keçirilməsi ilə bağlı istifadəçilərə xəbərdarlıq edib
İKT
21:02
Baxçalı: Azərbaycanla Türkiyə arasındakı qardaşlıq köklü və dərindir
Region
20:59
Azərbaycan ECOSA-nın Daşkənddə keçirilən sammitinə qatılıb
ASK
20:49
Azərbaycan Kubokunda "Zirə" "Səbail"ə penaltilər seriyasında qalib gəlib
Futbol
20:42
Tramp "süni intellekt" terminini qadağan etmək istəyir
Digər ölkələr
20:42
Ramiz Mehdiyev 14 il azadlıqdan məhrum edilib, cəzasını şərti çəkəcək
Hadisə