Yuxarı
    Bağlamaq

    ​Çində qaz sızması nəticəsində 60-dək şagird və müəllim zəhərlənib

    Onların müalicəsi ilə 50 nəfərlik həkim briqadası məşğul olur

    Bakı. 30 iyun. REPORT.AZ/ Bu gün Çinin cənubunda yerləşən Quandun əyalətində fəaliyyət göstərən zavodda baş verən qaz sızması nəticəsində 60-dək şagird və müəllim zəhərlənib.

    "Report"un TASS-a istinadən verdiyi xəbərə görə, məlumatı "Sinxua" agentliyi yayıb.

    Məlumatda qeyd edilir ki, hadisə nəticəsində 57 ibtidai sinif şagirdi və bir müəllim xastəxanaya yerləşdirilib.

    Onların müalicəsi ilə 50 nəfərlik həkim briqadası məşğul olur. Tibb işçilərinin sözlərinə görə, heç bir xəstənin durumu kritik deyil.

    Hadisə baş verən müəssisə artıq bağlanıb. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi