Çində daşqınlar nəticəsində azı 15 nəfər ölüb, itkin düşənlər var

Çində daşqınlar nəticəsində azı 15 nəfər ölüb, itkin düşənlər var Çinin Şansi əyalətində leysan yağışların səbəb olduğu daşqınlar nəticəsində azı 15 nəfər ölüb, daha 3 nəfər itkin düşüb.
Digər ölkələr
12 Oktyabr , 2021 07:05
Çində daşqınlar nəticəsində azı 15 nəfər ölüb, itkin düşənlər var

Çinin Şansi əyalətində leysan yağışların səbəb olduğu daşqınlar nəticəsində azı 15 nəfər ölüb, daha 3 nəfər itkin düşüb.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə yerli hakimiyyət orqanları məlumat yayıb.

Hakimiyyət orqanlarının məlumatına görə, təxminən 34,9 milyon əhalisi olan əyalətin 11 şəhər və 76 əyalətinin 1 757 milyon nəfər sakini daşqınlar səbəbindən fəlakət bölgəsindədir. Bundan əvvəl 120 mindən çox insanın təcili olaraq təxliyə edildiyi də bildirilib.

Qeyd edilir ki, əyalətin daşqınlardan birbaşa iqtisadi ziyanı 5 029 milyard yuanı (cari məzənnə ilə təxminən 7 809 milyon ABŞ dolları) keçib. Şansidə 19,5 mindən çox bina dağılıb, 18,2 mindən çox binaya ciddi ziyan dəyib.

Ötən həftə daşqınlar nəticəsində 5 nəfərin öldüyü bildirilib.

Son xəbərlər

Orphus sistemi