Çində bank binası çöküb, dağıntılar altında qalanlar var

Çində bank binası çöküb, dağıntılar altında qalanlar var Çinin şimal-şərqindəki Tszilin əyalətində Çin Aqrar Ticarət Bankının filialının yerləşdiyi və təmir gedən bina çöküb.
Digər ölkələr
14 Oktyabr , 2019 10:47
Çində bank binası çöküb, dağıntılar altında qalanlar var

Çinin şimal-şərqindəki Tszilin əyalətində Çin Aqrar Ticarət Bankının filialının yerləşdiyi və təmir gedən bina çöküb.

"Report" "Sinhua"ya istinadən xəbər verir ki, bir neçə usta dağıntılar altında qalıb.

Xilasedicilər artıq dörd nəfəri dağıntılar altından çıxarıblar. Onlar yaxınlıqdakı xəstəxanalara yerləşdiriliblər.

Daha iki inşaatçının axtarışı davam edir. 

Hadisə ilə bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi