Çində balıqçı gəmisinin qəzaya uğraması nəticəsində ölənlərin sayı artıb

Çində balıqçı gəmisinin qəzaya uğraması nəticəsində ölənlərin sayı artıb Çində balıqçı gəmisinin qəzaya uğraması nəticəsində 6 nəfər ölüb, bir nəfər isə itkin düşüb.
Digər ölkələr
18 İyul , 2022 08:20
Çində balıqçı gəmisinin qəzaya uğraması nəticəsində ölənlərin sayı artıb

Çində balıqçı gəmisinin qəzaya uğraması nəticəsində ölənlərin sayı artıb

“Report” xəbər verir ki, bu barədə ölkənin Mərkəzi Televiziyası məlumat yayıb. Məlumata görə, qəza nəticəsində 7 nəfər ölüb.

Hadisə Çinin şərqindəki Çjeçzyan əyalətinin Ninbo şəhərinin sahillərində baş verib, nəticədə 16 nəfər suda qalıb.

Xilasedicilər 9 nəfəri xilas edə bilib, 6 nəfərin isə meyiti tapılıb. Sonradan yerli hakimiyyət orqanları sonuncu balıqçının meyitinin tapılmasını təsdiqləyiblər.

06:46

Çində balıqçı gəmisinin qəzaya uğraması nəticəsində 6 nəfər ölüb, bir nəfər isə itkin düşüb.

“Report” xəbər verir ki, bu barədə ölkənin Mərkəzi Televiziyası məlumat yayıb.

Çinin şərq sahillərində, Ninbo şəhəri sahillərində baş verən qəza nəticəsində 7 nəfər itkin düşüb. Onlardan 6-nın meyiti tapılıb.

Qeyd edilir ki, hadisə zamanı gəmidə 16 balıqçı olub, onlardan 9-u xilas edilib.

Xilasedicilər itkin düşən şəxsin axtarışlarını davam etdirirlər.

Son xəbərlər

Orphus sistemi