Çində avtodayanacaq çöküb, 8 nəfər ölüb

Çində avtodayanacaq çöküb, 8 nəfər ölüb Çinin Quyçjou əyalətində avtomobil dayanacağının çökməsi nəticəsində 8 nəfər ölüb, daha 2 nəfər yaralanıb.
Digər ölkələr
29 Oktyabr , 2019 12:25
Çində avtodayanacaq çöküb, 8 nəfər ölüb

Çinin Quyçjou əyalətində avtomobil dayanacağının çökməsi nəticəsində 8 nəfər ölüb, daha 2 nəfər yaralanıb.

"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, hadisə Quyyan şəhərində baş verib.

İnşaat işlərinin aparıldığı avtodayanacaq çökərkən orada 14 nəfər olub. Onlardan 3-ü dağıntılardan yayınıb, 1-ni tez xilas etmək mümkün olub.

Dağıntılar altında qalmış 10 nəfər xilasedicilər tərəfindən aşkar edilib. Onlardan 8-i ölü halda olub. Yaralılar xəstəxanaya çatdırılıblar.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi