Yuxarı
    Bağlamaq

    Çində anbarda baş verən yanğın 5 nəfərin ölümü ilə nəticələnib

    Yanğın Suçjou şəhərində yerləşən mebel anbarında baş verib

    Bakı. 25 iyun. REPORT.AZ/ Çinin Tszyansu əyalətində anbarda baş verən yanğın 5 nəfərin ölümü ilə nəticələnib.

    "Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, yanğın Suçjou şəhərində yerləşən mebel anbarında baş verib.

    Hadisə yerinə gələn yanğınsöndürənlər binadan 5 nəfəri çıxarsa da, sonradan onlar aldıqları ağır yanıq xəsarətlərindən həyatını itirib.

    Yanğının hansı səbəbdən baş verdiyi açıqlanmır. Ümumilikdə 200 kv.m sahə yanıb. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi