Yuxarı

​Çində 6 nəfər qanunsuz qızıl çıxaran zaman həlak olub

İnsident Pinqu rayonu ərazisində baş verib

Bakı. 16 may. REPORT.AZ/ Çinin paytaxtı Pekin ətrafında yerləşən qızıl hasilatı mədənlərindən birində 6 nəfər qanunsuz iş görən zamanı ölüb.

"Report" xəbər verir ki, "Sina" portalının məlumatına görə, insident Pinqu rayonu ərazisində baş verib.

Daha bir nəfər xəsarət alıb və xəstəxanaya yerləşdirilib.

Hazırda hüquq-mühafizə orqanları baş verən hadisə ilə bağlı təhqiqat aparır. Həmçinin 6 nəfərin saxlanıldığı bildirilir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi