Çində 5,1 bal gücündə zəlzələ baş verib

Çində 5,1 bal gücündə zəlzələ baş verib Hələlik xəsarət alanlar və dağıntılaar barəsində məlumat verilmir
Digər ölkələr
27 Mart , 2017 05:44
Çində 5,1 bal gücündə zəlzələ baş verib
Courtesy İmage

Bakı. 27 mart. REPORT.AZ/ Çinin qərbindəki Yunnan vilayətində bu gün səhər 5,1 bal gücündə zəlzələ baş verib.

"Report"un "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, bu barədə ölkənin Seysmik Mərkəzi xəbər verib. 

Xəbərdə bildirilir ki, yeraltı təkanlar yerli vaxtla saat 07:55-də, Dali-Baysk muxtar dairəsinin Danbi rayonunda qeydə alınıb. Zəlzələnin episentri 12 kilometr dərinlikdə yerləşib.

Bir qədər sonra daha bir neçə zəif seysmik təkanlar baş verib. Hələlik xəsarət alanlar və dağıntılaar barəsində məlumat yoxdur.

Son xəbərlər

Orphus sistemi