Yuxarı

​Çində 30 nəfərdən çox insan torpaq uçqununun altında qalıb

Hadisənin yerində xilasedicilər və polis cəlb edilib

Bakı. 8 may. REPORT.AZ/ Çinin şərqindəki Fuçzyan əyalətində inşaat meydançalarından birində baş vermiş sürüşmə nəticəsində təxminən 30 nəfər uçqunların altında qalıb. "Report"un məlumatına görə, bu haqda Çinin mərkəzi televiziyası - CCTV xəbər yayıb.

Hadisə Sanmin şəhər dairəsinin Taynin rayonunda, yerli vaxtla təxminən səhər saat 5-də baş verib. Uçqunun işçilərin qaldığı yataqxananı dağıtdığı bildirilir.

Hadisənin yerində xilasedicilər və polis əməkdaşları cəlb edilib. Xilasedicilərin sözlərinə görə, sürüşməyə regionda güclü yağışların yağması səbəb olub

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi