Çin yeni inaktiv vaksini təsdiqləyib

Çin yeni inaktiv vaksini təsdiqləyib Çinin Əczaçılıq Məhsullarına Nəzarət Dövlət İdarəsi nəzdindəki Dərmanların Qiymətləndirilməsi Mərkəzi “Sinopharm” əczaçılıq korporasiyası tərəfindən hazırlanmış inaktiv vaksini təsdiqləyib
Digər ölkələr
24 Dekabr , 2020 14:47
Çin yeni inaktiv vaksini təsdiqləyib

Çin Xalq Respublikasının Əczaçılıq Məhsullarına Nəzarət Dövlət İdarəsi nəzdindəki Dərmanların Qiymətləndirilməsi Mərkəzi “Sinopharm” əczaçılıq korporasiyası tərəfindən hazırlanmış inaktiv vaksini təsdiqləyib.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə Çinin tibbi tənzimləyicisinin bu gün yaydığı məlumatda deyilir.

Məlumata görə, dərman yaxın vaxtlarda bazara çıxarılacaq.

“Sinopharm” tərəfindən idarə olunan Çinin Dövlət Biotexnoloji Qrupu daha əvvəl 2021-ci ildə 1 milyard dozaya qədər koronavirus peyvəndi istehsal etməyi planlaşdırdığını açıqlamışdı.

Bundan əvvəl “Sinovac Biotech” şirkəti də hər il 600 milyon doza peyvənd istehsal etmək üçün 500 milyon ABŞ dollarından çox sərmayə cəlb etdiyini açıqlamışdı.

Son xəbərlər

Orphus sistemi