Çin yanvar-iyul aylarında pivə tədarükünü 11,7% artırıb
Digər ölkələr
- 18 avqust, 2024
- 09:19
Çinli pivə tədarükçüləri yanvar-iyul aylarında öz məhsullarının həcmini illik 11,7% artıraraq, digər ölkələrin bazarlarına təxminən 376 milyon litr ixrac ediblər.
“Report” xəbər verir ki, bu barədə Çinin Baş Gömrük İdarəsi məlumat yayıb.
Vurğulanıb ki, qeyd olunan malların dəyəri 259 milyon dolları (artım 8,3%) keçib.
Bununla belə, təkcə iyul ayında Çin pivəsinin ixracı 2023-cü ilin eyni ayı ilə müqayisədə 3,3% (53,28 milyon litrə qədər), pul ifadəsində isə 6,4% azalaraq 37 milyon dollar təşkil edib.
Çin digər ölkələrdən fəal şəkildə pivə alır. Lakin yeddi ay ərzində bu tədarüklər 22% azalaraq 216 milyon litrə düşüb.
Dəyər baxımından müvafiq alkoqollu məhsulların idxalı 21,2% azalaraq 298 milyon dollar təşkil edib.
Son xəbərlər
00:39
Antikorrupsiyaya orqanları beş ukraynalı deputata ittiham irəli sürüldüyünü təsdiqləyib
Digər ölkələr00:04
Floridada Tramp və Netanyahu arasında görüş başlayıb
Digər ölkələr00:02
Tramp: Qəzzada sürətli normallaşma üçün HƏMAS tərk-silah edilməlidir
Digər ölkələr23:49
Avropa İttifaqı Kosovodakı seçkilərin nəticələrini dəstəkləyib
Digər ölkələr23:31
Məsud Pezeşkian İrandakı çətin iqtisadi vəziyyətdən danışıb
Region23:25
Foto
Leyla Əliyevanın təşəbbüsü ilə xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün bayram şənliyi təşkil olunub
Daxili siyasət23:25
Tramp: Türkiyə qoşunlarının Qəzzada yerləşdirilməsi yaxşı qərar olardı
Digər ölkələr23:07
Putin hərbi çağırış haqqında sərəncam imzalayıb
Region22:59