Bakı. 13 iyun. REPORT.AZ/ Çin və Panama diplomatik münasibətləri bərpa edib.
"Report" TASS-a istinadən xəbər verir ki, Çinin Xarici İşlər Nazirliyində bunu tarixi hadisə adlandırıblar.
Çinin XİN başçısı Van İnin sözlərinə görə, Panama Çin üçün Latın Amerikasının prioritet ölkəsidir.
"Çin xalqı panamalılara ənənəvi olaraq dostcasına və hörmətlə yanaşır", - deyə o bildirib.
Pekin, həmçinin Panamanın "Bir yol – bir kəmər" layihələrində iştirakını alqışlayır.