Çin və Fransanın xarici işlər nazirləri telefonla danışıb

Çin və Fransanın xarici işlər nazirləri telefonla danışıb Çinin xarici işlər naziri Sin Qan fransalı həmkarı Ketrin Kolonna ilə telefon danışığında ölkələr arasında qarşılıqlı fəaliyyətin yeni sahələrini davamlı olaraq inkişaf etdirməyi təklif edib.
Digər ölkələr
11 May , 2023 07:21
Çin və Fransanın xarici işlər nazirləri telefonla danışıb

Çinin xarici işlər naziri Sin Qan fransalı həmkarı Ketrin Kolonna ilə telefon danışığında ölkələr arasında qarşılıqlı fəaliyyətin yeni sahələrini davamlı olaraq inkişaf etdirməyi təklif edib.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə Çin Xarici İşlər Nazirliyinin (XİN) saytında məlumat verilib.

“Çin və Fransa yüksək səviyyədə sıx əlaqələr saxlamalı, daima yeni əməkdaşlıq sahələrini araşdırmalıdırlar”, - məlumatda qeyd edilib.

Çin XİN başçısı iki ölkə arasında etibarlı təchizat zəncirinin təmin edilməsinin vacibliyinə diqqət çəkib.

“Beynəlxalq məsələlər üzrə əməkdaşlığı gücləndirmək, qlobal çağırışlara birgə mübarizə aparmaq lazımdır”, - o əlavə edib.

Onun sözlərinə görə, Pekin davamlı olaraq xarici iqtisadi əməkdaşlığa qoyulan məhdudiyyətlərin aradan qaldırılması siyasətini davam etdirəcək və intensiv inkişaf modelinin formalaşdırılmasına təkan verəcək.

Son xəbərlər

Orphus sistemi