Çin Tayvan ətrafında daimi olaraq dörd döyüş gəmisi yerləşdirib
Digər ölkələr
- 29 yanvar, 2024
- 04:06
Çin hakimiyyəti Tayvan adası ətrafındakı sularda daimi olaraq dörd döyüş gəmisi yerləşdirib.
“Report” xəbər verir ki, bu barədə Yaponiyanın “Yomiuri” qəzeti mənbələrə istinadən məlumat yayıb.
Nəşr bildirib ki, bununla Pekin sülh dövründə Taypey administrasiyasına təzyiq göstərməklə yanaşı, bu regionda münaqişə baş verəcəyi təqdirdə ABŞ gəmilərinin adaya yaxınlaşmasının qarşısını almağa ümid edir.
Bundan əlavə, başqa bir Çin gəmisi daim Yaponiyanın öz ərazi suları hesab etdiyi Şərqi Çin dənizindəki mübahisəli Senkaku adalarının şimal-qərbindədir.
Qeyd edək ki, Pekin Tayvanı Çin Xalq Respublikasının əyalətlərindən biri hesab edir.
Son xəbərlər
04:17
Moldovada enerji böhranı təhlükəsi ilə bağlı fövqəladə vəziyyət elan olunub
Digər ölkələr03:48
Bundesrat Almaniyada yanacaq vergisinin azaldılmasını təsdiqləyib
Digər ölkələr03:28
Britaniya Baş naziri növbədənkənar parlament seçkilərinin keçirilməsini istisna edib
Digər ölkələr02:57
Aİ ölkələri qaz və elektrik enerjisi istehlakını azaltmaq üçün tədbirlər görməyə çağırıb
Digər ölkələr02:32
Rusiya Ermənistandan balıq və süd məhsullarının idxalına qadağanı uzadıb
Region02:08
Xorvatiya - Sloveniya sərhədini keçməyə çalışan beş miqrant ölüb
Digər ölkələr01:34
Türkiyə və İran rəsmiləri ikitərəfli əlaqələri, regional prosesləri müzakirə edib
Region01:14
Ceyhun Bayramov: Azərbaycan Orta Dəhlizin davamlı modernləşdirilməsi üçün etibarlı mərkəzdir
Xarici siyasət01:05