Yuxarı
    Bağlamaq

    Çin superkompüterin hazırlanmasına başlayır

    Yeni superkompüterin prototipinin 2017 və ya 2018-ci ildə təqdim ediləcəyi gözlənilir

    Bakı. 23 yanvar. REPORT.AZ/ Çin Milli Superkompüter Mərkəzi qarşıdakı illərdə yeni nəsil superkompüter hazırlamaq istəyir.

    "Report" TASS-a istinadən xəbər verir ki, Tyantszin şəhərində yerləşən ÇMSM hazırlayacağı yeni kompüterin sələfi "Tianhe-1A"dan min dəfə daha güclü olmasını və bir saniyədə kvintilyon (min kvadrilyon) əməliyyat həyata keçirə biləməsinin istəyir.

    Yeni superkompüterin prototipinin 2017 və ya 2018-ci ildə təqdim ediləcəyi gözlənilir.

    Hazırda Çində və ümumiyyətlə, dünyada ən sürətli kompüter Çin Xalq Qurtuluş Ordusu üçün nəzərdə tutulmuş "Tianhe-2" superkompüteri sayılır. O, saniyədə 33,9 kvadrilyon əməliyyat yerinə yetirmək gücünə malikdir və artıq üç dəfə dünyanın ən güclü 500 kompüteri siyahısına başçılıq edib. Amma ölkədə daha geniş istifadə olunan "Tianhe-1A" kompüterləridir. O, sürətinə görə "Tianhe-2"yə uduzsa da, müxtəlif sahələrdə - neft yataqlarının kəşfiyyatının işlənməsi, animasiyalı filmlərinin istehsalı, biotibbi tədqiqatlarda və s. istifadə üçün ən optimalı hesab olunur.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi