Çin Silah Ticarəti Müqaviləsinə qoşulmaq istəyir

Çin Silah Ticarəti Müqaviləsinə qoşulmaq istəyir Hazırda Çin Silah Ticarəti Müqaviləsinə (ATT) ən qısa zamanda qoşulmağı qarşıya məqsəd qoyaraq bütün müvafiq daxili hüquqi prosedurları işə salır.
Digər ölkələr
28 Sentyabr , 2019 11:54
Çin Silah Ticarəti Müqaviləsinə qoşulmaq istəyir

"Hazırda Çin Silah Ticarəti Müqaviləsinə (ATT) ən qısa zamanda qoşulmağı qarşıya məqsəd qoyaraq bütün müvafiq daxili hüquqi prosedurları işə salır".

“Report” “Sinxua”ya istinadən xəbər verir ki, bunu Çin Xarici İşlər Nazirliyinin sözçüsü Qenq Şuang bildirib.

“Bizim qənaətimizcə, Çinin qoşulması bu müqaviləyə daha çox ölkələrin diqqətini cəlb edəcək. Bu, ATT-in səmərəli və universal müqavilə olmasına dair güclü təbliğat ola bilər və beynəlxalq birliyi qanunsuz silah alverinə qarşı mübarizəyə sövq edəcək. Nəticədə həm regional, həm də qlobal sülh və sabitliyin bərqərar olmasına mühüm dəstək veriləcək”.

Qeyd edək ki, BMT Baş Assambleyasının sentyabrın 27-də keçirilən iclasında Çinin xarici işlər naziri Vanq Yi ATT-yə qoşulmaq üçün müvafiq daxili hüquqi prosedurları işə saldıqlarını açıqlayıb.

Xatırladaq ki, 2014-cü il dekabrın 24-dən qüvvəyə minən ATT (Arms Trade Treaty – Silah Ticarəti Müqaviləsi) bu ilin yanvarına olan məlumata görə 130 dövlət tərəfindən imzalanıb, aralarında Avropa İttifaqının bütün üzvlərinin olduğu 100 dövlət tərəfindən təsdiqlənib. ABŞ prezidenti Donald Tramp bu sənədə əsla qoşulmayacaqlarını bildirib.

Son xəbərlər

Orphus sistemi