Çin lideri: "ABŞ-la qarşıdurma dünya üçün təhlükəlidir"

Çin lideri: "ABŞ-la qarşıdurma dünya üçün təhlükəlidir" “Pekinlə Vaşinqtonun qarşı durması təkcə iki dövlət üçün deyil, bütün dünya üçün təhlükəli ola bilər”.
Digər ölkələr
10 Sentyabr , 2021 09:43
Çin lideri: ABŞ-la qarşıdurma dünya üçün təhlükəlidir
Si Cinpin

“Pekinlə Vaşinqtonun qarşıdurması təkcə iki dövlət üçün deyil, bütün dünya üçün təhlükəli ola bilər”.

“Report” TASS-a istinadən xəbər verir ki, bunu Çin Sədri Si Cinpin ABŞ Prezidenti Cozef Baydenlə telefon danışığında bildirib.

Onun sözlərinə görə, ABŞ-la Çinin əməkdaşlığı iki dövlət və bütün dünya üçün faydalıdır: “ABŞ-ın Çinə münasibətdə müəyyən zaman daxilində həyata keçirdiyi siyasət iki dövlət arasındakı əlaqələrdə ciddi çətinliklər yaradıb. Bu iki ölkə xalqlarının və bütün dünya dövlətlərinin təməl maraqlarına uyğun gəlmir”.

Cozef Bayden isə söhbət əsnasında iqlim dəyişikliyi ilə mübarizə aparmağın və bunun üçün konstruktiv tədbirlərin görülməsinin vacibliyini vurğulayıb. O, Pekinin hələ də ABŞ rəsmilərinə münasibətdə ciddiyyət göstərmədiyinə görə məyus olduğunu bildirib.

Qeyd edək ki, sentyabrın 10-da ABŞ Prezidenti Cozef Baydenlə Çin Sədri Si Cinpin arasında telefon danışığı olub. Tərəflər koronavirusun yayılmasına qarşı mübarizə, iqtisadiyyat, iqlim dəyişiklikləri ilə mübarizə və beynəlxalq məsələləri müzakirə ediblər.

Məlumata görə, telefon danışığı bir saat yarım açıq, biri-birinə hörmət şəraitində davam edib. Bildirilib ki, danışıq zamanı liderlər biri-birinə mühazirə oxumadan səmimi və dürüst olublar.

Son xəbərlər

Orphus sistemi