Çin sahillərində iki gəmi toqquşub

Çin sahillərində iki gəmi toqquşub Səkkiz nəfər itkin düşüb
Digər ölkələr
4 Yanvar , 2019 10:31
Çin sahillərində iki gəmi toqquşub

Bakı. 4 yanvar. REPORT.AZ/ Çinin şərqindəki Futszyan əyalətinin sahillərində yük gəmisi ilə toqquşma nəticəsində balıqçı gəmisi batıb.

"Report" TASS-a istinadən xəbər verir ki, "Sinhua" agentliyi yerli hakimiyyət orqanlarına istinadən 8 nəfərin itkin düşdüyünü məlumat verib.

Hadisə Pintan mahalının akvatoriyasında baş verib. Qəza zamanı batan gəmidə 14 nəfər ekipaj üzvü olub. Onlardan 6-nı xilas etmək mümkün olub.

Qəza ərazisində itkin düşmüş balıqçıların axtarışları davam edir. Axtarış-xilasetmə əməliyyatına helikopterlər, həmçinin yaxınlıqdakı gəmilər cəlb edilib.

Son xəbərlər

Orphus sistemi