​Çin polisi 28 uyğuru qətlə yetirib

​Çin polisi 28 uyğuru qətlə yetirib Şanxay şəhərində isə 10 uyğur türkü tutulub
Digər ölkələr
29 İyun , 2015 20:31
​Çin polisi 28 uyğuru qətlə yetirib

Bakı. 29 iyun. REPORT.AZ/ Çinin Sincan - Uyğur Muxtar Bölgəsində polis 28 uyğuru qətlə yetirib.

"Report" xəbər verir ki, bu haqda Türkiyə KİV-ləri məlumat yayıb.

Xəbərə görə, Çinin Şanxay şəhərində isə 10 uyğur türkü tutulub.

Çin rəsmiləri isə qətlə yetirilən uyğurların sayını gizlədərək, 15 nəfər olduğunu bildirmişdi. Polis onların terrorçu olduğunu iddia edib.

Qeyd edək ki, Ramazan ayında uyğur müəllimlərə, tələbələrə və məmurlara oruc tutmağı Çin hakimiyyəti yasaqlayıb. 

Son xəbərlər

Orphus sistemi