Çin parlamenti Honkonqla bağlı yeni qanun qəbul edib

Çin parlamenti Honkonqla bağlı yeni qanun qəbul edib Ümumçin Xalqların Nümayəndələri Məclisi (Çinin ali qanunverici orqanı, parlament) mayın 28-də Honkonqun təhlükəsizliyinin təmin olunması haqqında qanun layihəsini qəbul edib.
Digər ölkələr
28 May , 2020 14:20
Çin parlamenti Honkonqla bağlı yeni qanun qəbul edib

Ümumçin Xalqların Nümayəndələri Məclisi (Çinin ali qanunverici orqanı, parlament) mayın 28-də Honkonqun təhlükəsizliyinin təmin olunması haqqında qanun layihəsini qəbul edib.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə Çinin Mərkəzi Televiziyası məlumat yayıb.

Səsvermə parlamentin sessiyasının üçüncü günü keçirilib. Qanun layihəsi Məclisin komissiyası tərəfindən, Honkonqun Qanunverici Şurasının iştirakı olmadan hazırlanacaq.

Bu qanun Honkonqun muxtariyyətini kəskin şəkildə məhdudlaşdıracaq. Çin hakimiyyəti separatçı çağırışlar olduğu halda bu muxtar qurumu cəzalandırmaq məqsədilə öz təhlükəsizlik qüvvələrini göndərəcək, həbslər keçirə biləcək. 

Bir müddət əvvəl ABŞ-ın dövlət katibi Maykl Pompeo bildirmişdi ki, Honkonqun azadlığının məhdudlaşdırılması ilə bağlı Çinin istənilən qərarı “bir dövlət, iki sistem” prinsipinə yenidən baxılmasına səbəb olacaq.

Son xəbərlər

Orphus sistemi