Çin pandemiyadan zərər çəkmiş ölkələrə yardım edəcək

Çin pandemiyadan zərər çəkmiş ölkələrə yardım edəcək Çin hökuməti COVID-19 pandemiyasından zərər çəkmiş ölkələrə yardım üçün qarşıdakı iki il ərzində 2 milyard ABŞ dolları məbləğində vəsait ayıracaq.
Digər ölkələr
357
18 May , 2020 17:52
Çin pandemiyadan zərər çəkmiş ölkələrə yardım edəcək

Çin hökuməti COVID-19 pandemiyasından zərər çəkmiş ölkələrə yardım üçün qarşıdakı iki il ərzində 2 milyard ABŞ dolları məbləğində vəsait ayıracaq.

“Report” CNBC-yə istinadən xəbər verir ki, bu barədə Çinin dövlət başçısı Si Cinpin Ümumdünya Səhiyyə Təşkilatının 73-cü Assambleyasının videokonfrans formatında keçirilən yığıncağında məlumat verib.  

“Çin qarşıdakı iki il ərzində COVID-19-a cavab tədbirlərinə, habelə zərərçəkən ölkələrdə, xüsusilə də inkişaf edən ölkələrdə iqtisadi və sosial inkişafa dəstək üçün 2 milyard ABŞ dolları ayıracaq. Biz virusun mənbəyi və ötürmə yollarına dair dünya boyu elmi araşdırmaları bundan sonra da dəstəkləməliyik. Çin COVID-19-un nəzarət altına alınmasından sonra da əlimizdəki təcrübəyə söykənərək bu pandemiyaya qlobal cavab tədbirlərini əhatəli şəkildə gözdən keçirmək fikrini dəstəkləyir”, - o vurğulayıb.

Qeyd edək ki, Ümumdünya Səhiyyə Assambleyası bu il koronavirusla bağlı bu gün və sabah virtual formatda keçiriləcək. Tədbirdə Aİ ilə Avstraliyanın təşəbbüsü ilə koronavirusun mənşəyini və yayılmasını araşdırmağa çağıran qətnamə layihəsi müzakirə olunacaq.

Son xəbərlər

Orphus sistemi