Çin öz istehsalı olan ilk təyyarə daşıyıcısını sınaqdan keçirib

Çin öz istehsalı olan ilk təyyarə daşıyıcısını sınaqdan keçirib Bakı. 31 avqust. REPORT.AZ/ Çin istehsalı olan təyyarə daşıyıcısının dəniz sınaqları təhlükəsiz və uğurlu olub, gəminin tikintisi plana uyğun şəkildə gedir.
Digər ölkələr
31 Avqust , 2018 06:51
Çin öz istehsalı olan ilk təyyarə daşıyıcısını sınaqdan keçirib

Bakı. 31 avqust. REPORT.AZ/ Çin istehsalı olan təyyarə daşıyıcısının dəniz sınaqları təhlükəsiz və uğurlu olub, gəminin tikintisi plana uyğun şəkildə gedir.

“Report” RİA "Novosti"yə istinadən xəbər verir ki, bunu cümə axşamı keçirilən brifinqdə Çin Xalq Respublikasının Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi U Syan deyib.

"Hazırda Çinin ikinci aviadaşıyıcısının inşaat işləri cədvələ uyğun aparılır, dəniz sınaqları təhlükəsiz və uğurlu oldu, qarşıya qoyulan məqsədlərə nail olundu", - deyə bildirib.

Rəsmi nümayəndənin sözlərinə görə, sınaqlar zamanı hərbi gəminin platforması və avadanlığının yoxlanması üzrə testlər aparılıb.

Son xəbərlər

Orphus sistemi