Çin COVID-19 peyvəndini hamı üçün əlçatan edəcəyinə söz verdi

Çin COVID-19 peyvəndini hamı üçün əlçatan edəcəyinə söz verdi Çin hakimiyyəti koronavirusa qarşı peyvəndi dünya üçün əlçatan etməyi planlaşdırır.
Digər ölkələr
1002
7 İyun , 2020 23:47
Çin COVID-19 peyvəndini hamı üçün əlçatan edəcəyinə söz verdi

Çin hakimiyyəti koronavirusa qarşı peyvəndi dünya üçün əlçatan etməyi planlaşdırır.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə Çin Xalq Respublikasının Elm və texnika naziri Van Çjıqan bildirib.

Onun sözlərinə görə, hal-hazırda peyvəndlərin yoxlanılması prosesi gedir, təhlükəsizlik, səmərəlilik və əlçatanlıq kimi parametrlərə üstünlük verilir. 

"Dünya peyvəndlərin yaradılması mərhələsində və ondan sonraki dövrlərdə əməkdaşlığı gücləndirməlidir" - Çjıqan deyib.

Qeyd edək ki, Çin may ayında 2 575 könüllüdə beş fərqli koronavirus peyvəndini müvəffəqiyyətlə sınaqdan keçirdiyini elan edib.

Son xəbərlər

Orphus sistemi