"Report" xəbər verir ki, bu barədə "Sinxua" agentliyi məlumat yayıb.
"Bazar günü səhər, Şansi əyalətinin şimalında yerləşən Şoçjou şəhərində 12 nəfərin intihar etməsinin qarşısı alınıb", - deyə məlumatda bildirilir.
Qrup səhər saat 10 radələrində hökumət binasının damından aşağı tullanmağı planlaşdırıb. Məmurlar, polislər və yanğınsöndürənlər hadisə yerinə gələrək cəhdin qarşısını alıblar.
İnsanların bu cür addım atmasına "Shanxi Heli" verçur kapitalı şirkəti rəhbərinin onların pulunu mənimsəyərək qaçması səbəb olub.