Çin-Hindistan sərhədində gərginlik davam edir

Çin-Hindistan sərhədində gərginlik davam edir Tərəflər bir-birini qınayır
Digər ölkələr
27 İyun , 2017 10:44
Çin-Hindistan sərhədində gərginlik davam edir

Bakı. 27 iyun. REPORT.AZ/ Çinin Xarici İşlər Nazirliyi Hindistanı sərhədçilərinin qanunsuz olaraq, dövlət sərhədini keçməkdə ittiham edərək, onların təcili olaraq, ölkə ərazisini tərk etməsini istəyib.

“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu Çin XİN-in rəsmi nümayəndəsi Qen Şuana dövlətinin mövqeyi olaraq açıqlayıb.

Çinin bəyanatına əsasən, hindistanlı sərhədçilər bu yaxınlarda iki dövlət arasındakı sərhədi Hindistanın Sıkkım əyalətində pozub, qanunsuz olaraq, Çin ərazisinə daxil olublar: “Onların bu hərəkəti Çin sərhədçilərinin Tibet Muxtar Rayonunun Dunlan bölgəsindəki fəaliyyətinə mane olur”.

Hindistan tərəfi isə Çini zəvvarların Tibetə ziyarətə getmələrinə mane olmaqda ittiham edir.

Sıkkım əyalətinin sərhəddəkli rayonunun statusu 1890-cı ildə Çinlə Böyük Britaniya arasında imzalanmış müqavilə əsasında həll edilib. Hindistan müstəqil olandan sonra tərəflər əyalətin sərhəddəki bu ərazisi ilə bağlı iddialarının həll olunduğunu dəfələrlə bildiriblər. 

Son xəbərlər

Orphus sistemi