Çin ərəb ölkələri ilə əməkdaşlığı gücləndirmək niyyətindədir

Çin ərəb ölkələri ilə əməkdaşlığı gücləndirmək niyyətindədir Pakin Çin və Ərəb maliyyə institutları arasında əməkdaşlığın gücləndirilməsini alqışlayır.
Digər ölkələr
30 May , 2024 08:34
Çin ərəb ölkələri ilə əməkdaşlığı gücləndirmək niyyətindədir

Pakin Çin və Ərəb maliyyə institutları arasında əməkdaşlığın gücləndirilməsini alqışlayır.

“Report” xəbər verir ki, bunu Çin-Ərəb Əməkdaşlıq Forumunun 10-cu nazirlər iclasının açılış mərasimində Çin sədri Si Cinpin söyləyib.

Cinpin deyib ki, Çin neft, qaz, ticarət və infrastruktur, eləcə də investisiya və süni intellekt kimi başlıca sahələrdə əməkdaşlığı gücləndirmək niyyətindədir.

“Çin həmçinin maliyyə institutları arasında əməkdaşlığın gücləndirilməsini və ərəb banklarının transsərhəd banklararası ödəniş sisteminə qoşulmasını dəstəkləyir. Çin rəqəmsal valyuta mübadiləsini gücləndirməyə və mərkəzi banklar arasında əməkdaşlığı gücləndirməyə hazırdır”, – sədr vurğulayıb.

Son xəbərlər

Orphus sistemi