Yuxarı

Çin doğum rekordlarını qırır

2016-cı ildə Çində 17,86 milyon nəfər anadan olub

Bakı. 23 yanvar. REPORT.AZ/ 2016-cı ildə Çində 17,86 milyon nəfər anadan olub.

"Report" BBC-yə istinadən xəbər verir ki, bu barədə səhiyyə və planlı doğum üzrə Dövlət Komitəsinin nümayəndəsi Yan Vençjuan məlumat verib.

Bu, 2000-ci ildən bəri ən yüksək doğum səviyyəsidir. Müqayisə üçün bildirək ki, 2011-2015-ci illərdə orta illik doğum göstəricisi bundan 1,4 milyon nəfər az olub.

Çin hökuməti nümayəndələri "bir ailə - bir uşaq" prinsipindən imtinanın lap yerinə düşdüyünü və çox effektiv olduğunu qeyd edir.

Qeyd edək ki, Çin demoqrafik siyasətinə 2015-ci il oktyabrın sonunda dəyişikliklər etmək qərarına gəlib. Hakim Kommunist Partiyası ailələrə iki övlad sahibi olmaq icazəsi verib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi