Çin dağıdıcı zəlzələdən sonra Əfqanıstana 200 min dollar yardım edəcək

Çin dağıdıcı zəlzələdən sonra Əfqanıstana 200 min dollar yardım edəcək Əfqanıstanın Qızıl Aypara Cəmiyyəti dağıdıcı zəlzələnin nəticələri ilə mübarizə üçün Çin Qızıl Xaç Cəmiyyətindən 200 min dollar məbləğində humanitar yardım alacaq.
Digər ölkələr
9 Oktyabr , 2023 05:41
Çin dağıdıcı zəlzələdən sonra Əfqanıstana 200 min dollar yardım edəcək

Əfqanıstanın Qızıl Aypara Cəmiyyəti dağıdıcı zəlzələnin nəticələri ilə mübarizə üçün Çin Qızıl Xaç Cəmiyyətindən 200 min dollar məbləğində humanitar yardım alacaq.

“Report” “Sinxua”ya istinadən xəbər verir ki, bu barədə Çinin Qırmızı Xaç Cəmiyyəti məlumat yayıb.

Şənbə günü Avropa Aralıq dənizi Seysmoloji Mərkəzi (EMSC) Əfqanıstanın qərbində 6,4 bal gücündə bir neçə zəlzələ olduğunu bildirib. Qərb mətbuatının məlumatına görə, ölənlərin sayı 2 000-dən, yaralıların sayı isə doqquz mindən çoxdur.

Agentlik bildirir ki, Çinin Qızıl Xaç Cəmiyyəti Əfqanıstan Qızıl Aypara Cəmiyyətinə xilasetmə və fəlakətlərin nəticələrinin aradan qaldırılması əməliyyatları üçün təcili humanitar yardım kimi 200 min ABŞ dolları məbləğində nağd pul ayırmağa qərar verib.

Bundan əvvəl “Taliban”ın Əfqanıstandakı siyasi ofisinin rəhbəri Suheyl Şahin xəbər verib ki, Herat əyalətində zəlzələdən zərərçəkənlərə kömək etmək üçün 10 xilasedici dəstə işləyir.

Son xəbərlər

Orphus sistemi