Çin Asiya-Sakit okean ticarət paktına qoşulmaq istəyir

Çin Asiya-Sakit okean ticarət paktına qoşulmaq istəyir Asiya-Sakit Okean regionuna daxil olan 15 ölkə 2022-ci ilin yanvar ayınadək azad ticarət zonası yaratmağı planlaşdırır.
Digər ölkələr
17 Sentyabr , 2021 00:35
Çin Asiya-Sakit okean ticarət paktına qoşulmaq istəyir

Çin hakimiyyəti Hərtərəfli və Proqressiv Trans Sakit Okean Tərəfdaşlığına qoşulmaq üçün rəsmi ərizə təqdim edib.

"Report" bu barədə "Wall Street Journal"a istinadən xəbər verir.

Qeyd edək ki, Asiya-Sakit okean ticarət paktına 11 ölkə qatılıb.

Asiya-Sakit okean regionuna daxil olan ölkələr 2022-ci ilin yanvar ayınadək azad ticarət zonası yaratmağı planlaşdırır.

ABŞ-ın Hind-Sakit okean bölgəsində İngiltərə və Avstraliya ilə yeni hərbi ittifaq barədə razılığından bir gün sonra Çin bu pakta qoşulduğunu elan edib.

Son xəbərlər

Orphus sistemi