Çin ABŞ-ni Pekin və Moskva arasında ticarət əlaqələrini pozmamağa çağırıb

Çin ABŞ-ni Pekin və Moskva arasında ticarət əlaqələrini pozmamağa çağırıb Vaşinqton Pekin və Moskva arasında normal iqtisadi və ticarət əlaqələrini pozmamalıdır.
Digər ölkələr
25 İyul , 2024 03:12
Çin ABŞ-ni Pekin və Moskva arasında ticarət əlaqələrini pozmamağa çağırıb

Vaşinqton Pekin və Moskva arasında normal iqtisadi və ticarət əlaqələrini pozmamalıdır.

"Report" xəbər verir ki, bunu TASS-a Çinin ABŞ-dəki səfirliyinin mətbuat katibi Liu Penqyu deyib.

"Çinin bütün ölkələrlə, o cümlədən Rusiya ilə bərabərlik və qarşılıqlı fayda əsasında normal iqtisadi və ticarət əlaqələri qurmaq hüququ qorunmalıdır", - Çin diplomatik missiyasının rəsmisi vurğulayıb.

O, həmçinin bildirib ki, ABŞ-nin Çinin ticarət yolu ilə Rusiya hərbi-sənaye kompleksini dəstəkləməsi ilə bağlı iddiaları əsassızdır.

“Birləşmiş Ştatlar Ukraynaya kömək etmək üçün aksiya təşkil edir, eyni zamanda Çin və Rusiya arasında normal iqtisadi və ticarət əlaqələri ilə bağlı əsassız ittihamlar irəli sürür. Bu yanaşma ikiüzlü və məsuliyyətsizdir, Çin buna qəti şəkildə qarşı çıxır”, - Penqyu qeyd edib.

Bundan əvvəl ABŞ dövlət katibinin Şərqi Asiya və Sakit Okean məsələləri üzrə köməkçisi Daniel Kritenbrink Pekini Rusiyanın müdafiə sənayesinə yardım göstərməklə Ukraynadakı müharibəni dəstəkləməkdə ittiham edib.

Son xəbərlər

Orphus sistemi