Çin ABŞ-dan Ukraynaya görə birtərəfli sanksiyaları dayandırmağı tələb edib
Digər ölkələr
- 31 may, 2024
- 19:44
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Amerika Birləşmiş Ştatları Ukrayna böhranı ilə əlaqəsi olduğu iddia edilən Çin şirkətlərinə heç bir fərq qoymadan birtərəfli sanksiyalar tətbiq etməyi dayandırmalıdır.
“Report” xəbər verir ki, bunu Çinin xarici işlər nazirinin müavini Ma Çjaosyu Vaşinqtonda dövlət katibinin birinci müavini Kurt Kempbell ilə görüşündə deyib.
“Biz Birləşmiş Ştatlardan tələb edirik ki, Pekini ləkələməyi və ona təzyiq göstərməyi, Çin şirkətlərinə özbaşına birtərəfli sanksiyalar tətbiq etməyi dayandırsın və Ukrayna böhranının həllində konstruktiv rol oynasın”, - deyə o qeyd edib.
O əlavə edib ki, Çin ABŞ-ın yalanlar yaymasına və Ukrayna böhranında Çini günahlandırmasına qətiyyətlə qarşıdır.
Son xəbərlər
00:36
Bosniya və Herseqovinada iqtisadi artım daxili istehlak hesabına təmin edilir
Digər ölkələr
00:10
ABŞ hərbçisi Rusiyanın xeyrinə casusluq şübhəsi ilə saxlanılıb
Digər ölkələr
00:01
İsrail hərbçiləri Suriyanın cənub-qərbini atəşə tutub
Digər ölkələr
23:52
Kuşner: Əbu-Dabidə Ukrayna üzrə danışıqların ilk günü ümidvericidir
Digər ölkələr
23:47
Rusiya XİN Moldova səfirinə etirazını bildirib
Region
23:41
Rubio: İran neft gəlirlərindən tamamilə məhrum ola bilər
Digər ölkələr
23:35
İsrail şirkəti Bundestaqı süni intellekt vasitəsilə dronlardan qorumağı təklif edib
Digər ölkələr
23:30
Pentaqon Polşada ABŞ hərbi bazasının tikintisini təsdiqləyib
Digər ölkələr
23:27
Konqo DR-də yaraqlılar tərəfindən öldürülən 40 nəfərin meyiti aşkarlanıb
Digər ölkələr