Yuxarı

Cimmi Karter xərçəng xəstəliyindən müalicə edilir

90 yaşlı sabiq dövlət başçısında bu xəstəlik ayın əvvəlində qara ciyər əməliyyatı zamanı aşkar edilib

Bakı. 13 avqust. REPORT.AZ/ ABŞ-ın sabiq prezidenti Cimmi Karter xərçəng xəstəliyindən müalicə edilir.

"Report"un Amerikanın səsinə istinadən verdiyi xəbərə görə, Karter xərçəngin bir sıra orqanlarına yayıldığını bildirib.

90 yaşlı sabiq dövlət başçısında bu xəstəlik ayın əvvəlində qara ciyər əməliyyatı zamanı aşkar edilib.

ABŞ prezidenti Barak Obama Cimmi Karterə zəng edərək, tezliklə sağalmasını arzu edib.

1981-ci ildə prezidentlik vəzifəsini tərk etdikdən sonra o, qlobal humanitar müdafiəçi kimi tanınıb.

Cimmi Karter bir neçə kitabın müəllifidir. Onun sonuncu əsəri “Bötöv həyat:90-ların təəssüratı” adlanır.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi