Bakı. 22 sentyabr. REPORT.AZ/ Çilinin cənubunda yerləşən Araukania bölgəsində sutka ərzində 4-cü kilsə yandırılıb.
“Report” TASS-a istinadən xəbər verir ki, hüquq-mühafizə orqanları faktla bağlı araşdırma aparır.
Jurnalistlərin məlumatına görə, sonuncu yanan Ersilya kommunasındakı protestant kilsəsi olub. Yanğın həmçinin musiqi alətlərinin saxlanıldığı əlavə tikilini məhv edib.
Yanğını törədən cinayətkarları tapmaq hələ mümkün olmayıb.