Çilidə təyyarə qəzasında 4 nəfər həlak olub
Digər ölkələr
- 24 aprel, 2023
- 03:41
Çilinin Moça adasında kiçik təyyarənin okeana düşməsi nəticəsində 4 nəfər həlak olub.
“Report” xəbər verir ki, bu barədə ölkənin mülki aviasiya idarəsinin məlumat yayıb.
“Dörd sərnişin və bir pilotun olduğu təyyarə 14:21-də (Bakı vaxtı ilə 22:21) əlverişli hava şəraitində havaya qalxdıqdan sonra adadan 150 metr aralıda suya düşüb. Rəhbərlik təəssüflə 4 nəfərin ölümünü təsdiqləyir və adadakı tibb müəssisəsində olan 5-ci şəxsin vəziyyəti ağırdır”, - məlumatda deyilir.
Qeyd olunub ki, sağ qalan sərnişin qəza baş verən ərazidən sahilə üzərək gəlib. Daha sonra onu sahildəki insanlar görüblər.
Adada ilkin tibbi yardım göstərildikdən sonra o, materikdəki xəstəxanaya aparılıb. Hadisənin səbəbləri hələ müəyyən edilməyib.
Son xəbərlər
19:16
Foto
Prezidentin Qırğızıstana işgüzar səfəri başa çatıb
Xarici siyasət19:05
Ərdoğan Putinə "Akkuyu" AES-i birlikdə istismara verməyi təklif edib
Region19:00
"Trabzonspor" baş məşqçisi Fatih Tekke ilə yollarını ayırıb
Futbol18:58
ANAMA ilə ARMAC mina fəaliyyətində əməkdaşlığı müzakirə edib
Xarici siyasət18:53
"Qəbələ"ni növbəti oyuna hazırlaşdıran mütəxəssislər açıqlanıb
Futbol18:40
Leyla Abdullayeva Paris merinə etiraz məktubu göndərib
Xarici siyasət18:36
Foto
Ərdoğan Bişkekdə Putinlə görüşüb
Region18:30
Atletika üzrə Azərbaycan millisinin üzvləri Göygöldə təlim-məşq toplanışına başlayıblar
Fərdi18:29