Çilidə polis bölməsinə göndərilən bomba partlayıb, 8 polis ağır yaralanıb

Çilidə polis bölməsinə göndərilən bomba partlayıb, 8 polis ağır yaralanıb Çilinin paytaxtı Santyaqoda partlayış baş verib.
Digər ölkələr
26 İyul , 2019 05:31
Çilidə polis bölməsinə göndərilən bomba partlayıb, 8 polis ağır yaralanıb

Çilinin paytaxtı Santyaqoda partlayış baş verib.

"Report" "Mercurio" nəşrinə istinadən xəbər verir ki, polis idarəsinə poçt vasitəsilə göndərilən bombanın partlaması nəticəsində 8 polis ağır yaralanıb. 

Bildirilir ki, digər bir bomba isə ölkənin keçmiş daxili işlər naziri Rodrigo İnspeterə yollanılıb. 

Prezident Sebastian Pinera hadisəni terror aktı adlandırıb və bu cinayətin günahkarlarının qanuna uyğun şəkildə cəzalandırılacağına söz verib.

Hüquq-mühafizə orqanları iki partlayıcı qurğunun 1 nəfərin göndərdiyini ehtimal edirlər. Hər iki bomba Çilinin poçtu ilə göndərilib.

Son xəbərlər

Orphus sistemi