Çilidə meşə yanğınları nəticəsində azı 10 nəfər ölüb, onlarla xəsarət alan var

Çilidə meşə yanğınları nəticəsində azı 10 nəfər ölüb, onlarla xəsarət alan var Çili Prezidenti Qabriel Boric ən azı 10 nəfərin ölümü ilə nəticələnən meşə yanğınları səbəbindən Valparaiso bölgəsində fövqəladə vəziyyət elan edib.
Digər ölkələr
3 Fevral , 2024 08:08
Çilidə meşə yanğınları nəticəsində azı 10 nəfər ölüb, onlarla xəsarət alan var

Çili Prezidenti Qabriel Boric ən azı 10 nəfərin ölümü ilə nəticələnən meşə yanğınları səbəbindən Valparaiso bölgəsində fövqəladə vəziyyət elan edib.

“Report” xəbər verir ki, dövlət başçısı bununla bağlı “X” sosial şəbəkəsində paylaşım edib.

“Meşə yanğınları ilə bağlı vəziyyət, xüsusən 5-ci regionda yüksək temperatur və külək səbəbindən çox çətindir, lakin bilin ki, hökumət, yanğınsöndürənlər, Milli Meşə Təsərrüfatı Korporasiyası, polis və vətəndaş cəmiyyəti fövqəladə vəziyyətin öhdəsindən gəlmək üçün maksimum səfərbər olunub. Həmçinin fövqəladə vəziyyət elan etmək qərarına gəldim ki, bütün lazımi resurslarımız olsun”, - o, “X”də yazıb.

Prezidentin Valparaisodakı nümayəndəsi Sofiya Qonzalesin sözlərinə görə, təxminən 10 ölüm hadisəsi məlumdur. Səhiyyə Nazirliyinin məlumatına görə, azı 28 nəfər yanıq xəsarəti alıb. 7 min hektardan çox ərazi yanğına qərq olub. Bəzi ərazilər boşaldılır.

Son xəbərlər

Orphus sistemi