Çilidə hərbçiləri daşıyan avtobus çaya düşüb

Çilidə hərbçiləri daşıyan avtobus çaya düşüb Qəza nəticəsində 2 nəfər ölüb, 10-u yaralanıb
Digər ölkələr
4 May , 2018 03:05
Çilidə hərbçiləri daşıyan avtobus çaya düşüb

Bakı. 4 may. REPORT.AZ/ Cümə axşamı Çilinin cənubunda 25 hərbçini daşıyan avtobus Puelo çayına düşüb.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə "Globovision" telekanalı məlumat yayıb.

Qəza nəticəsində 2 nəfər ölüb, daha 10-u yaralanıb.

Yaralıların təxliyyəsinə hüquq-mühafizə orqanlarının iki vertolyotu cəlb olunub. Hökumətin məlumatına görə, iki hərbçinin vəziyyəti ağırdır.

Hadisənin araşdırılmasına başlanılıb.

Son xəbərlər

Orphus sistemi