Çilidə etiraz aksiyaları zamanı azı 127 nəfər xəsarət alıb.
“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə “Agence France-Presse" məlumat yayıb.
Xəsarət alanlar arasında həm hüquq-mühafizə orqanlarının əməkdaşları, həm də mülki şəxslər var.
Etirazçılar mitinqlər zamanı binalara od vurub və polis bölmələrinə hücum ediblər.
“El Comercio” qəzeti naməlum şəxslərin yerli bankdan təxminən 150 milyon peso (təxminən 190 min dollar), 16 min dollar, 3.8 min avro və iki odlu silah oğurladığını bildirib.
Ümumilikdə polis tərəfindən şənbə nümayişləridə 300-ə yaxın etirazçı saxlanılıb.