Yuxarı

Çilidə 8,3 bal gücündə zəlzələdən sonra sunami baş verib - YENİLƏNİB 4

Dağıntı və xəsarət alanlar barədə məlumat verilmir

Bakı. 17 sentyabr. REPORT.AZ/ Çili sahillərində baş verən 8.3 bal gücündəki zəlzələdən sonra sunami qeydə alınıb. "Report" RİA "Novosti" agentliyinə istinadən xəbər verir ki, dalğaların hündürlüyü 3 metri keçib.

Zəlzələ nəticəsində azı iki nəfərin öldüyü bildirilir.

 *** 05.40

Bakı. 17 sentyabr. REPORT.AZ/ Çili rəsmiləri bu gün səhər baş verən 8.3 bal gücündəki zəlzələ nəticəsində insan tələfatı olduğunu açıqlayıblar.

"Report"un RİA "Novosti" agentliyinə istinadən verdiyi məlumata görə, İlyapel şəhərinin meri Deni Kortes bildirib ki, yeraltı təkanlar nəticəsində dağılan restoran divarının altında bir qadın qalaraq dünyasını dəyişib. Daha 15 nəfər xəsarət alıb.

*** 05.12

Bakı. 17 sentyabr. REPORT.AZ/ Çilidə bu gün səhər baş verən güclü zəlzələnin ardından sunami xəbərdarlığı elan edilib. "Report"un RİA "Novosti" agentliyinə istinadən verdiyi xəbərə görə, mütəxəssislər 3 metr hündürlüyündə dalğaların olacağını proqnozlaşdırıb.

Sunami xəbərdarlığı Yaponiya və Rusiyada da elan edilib. 

Əhali evlərinə qayıtmağa qorxur.

ABŞ Geoloji Xidməti (USGS) yeraltı təkanların gücünü nəzərdən keçirib və Çilidə baş verən zəlzələnin gücünün əslində 8.3 bal təşkil etdiyini açıqlayıb.

*** 04.40

Bakı. 17 sentyabr. REPORT.AZ/ Çili sahillərində 7,7 bal gücündə zəlzələ baş verib. 

"Report"-un TASS agentliyinə istinadən verdiyi məlumata görə, yeraltı təkanların episentri Valparasio şəhərinin yaxinliğında yerləşib. Zəlzələnin ocağı isə 64 km dərinlikdə olub. 

Dağıntı və xəsarət alanlar barədə məlumat verilmir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi