​Çili sahillərində zəlzələ olub

​Çili sahillərində zəlzələ olub Yeraltı təkanların mərkəzi Talkauano şəhərindən 76 km şimal-qərbdə yerləşib
Digər ölkələr
20 İyun , 2015 09:40
​Çili sahillərində zəlzələ olub

Bakı. 20 iyun. REPORT.AZ/ Çilinin sahillərində 6,4 bal gücündə zəlzələ baş verib.

"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, bu haqda ABŞ-ın Geoloji Xidmət Agentliyi məlumat yayıb.

Təbii fəlakət Bakı vaxtı ilə 07.10-da qeydə alınıb. Məlumatda bildirilib ki, zəlzələnin mərkəzi Talkauano şəhərindən 76 km şimal-qərbdə yerləşib.

Yeraltı təkanların ocağı 10 km dərinlikdə olub.

Dağıntı və ya xəsarət alanlar barədə məlumat verilməyib. Sunami təhlükəsi də elan edilməyib. 

Son xəbərlər

Orphus sistemi