Yuxarı

​Çikaqoda atışma nəticəsində 1 nəfər ölüb, 14 nəfər yaralanıb

Ölən 26 yaşlı kişi olub

Bakı. 22 may. REPORT.AZ/ Ötən gün Amerikanın İllinoys ştatının Çikaqo şəhərində bir neçə atışma epizodunda 1 nəfər ölüb, ən azı 14 nəfər yaralanıb.

"Report" xəbər verir ki, bu barədə polisə istinadən yerli "Chicago Tribune" nəşri yazıb.

Polis nümayəndəsi Hektor Elfaro bildirib ki, ölən şəxs 26 yaşlı kişidir.

Ona Enqlvud rayonu ərazisində iki kişi atəş açıb. Zərərçəkən qarın nahiyəsindən güllə yarası alıb və ağır vəziyyətdə xəstəxanaya çatdırılıb.

Sonradan kişi dünyasını dəyişib.

Digər KİV-lərin məlumatına görə, cümə günündən bu yana Çikaqoda baş verən bir neçə atışma hadisəsi zamanı 4 nəfər ölüb, 20 nəfər yaralanıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi