Yuxarı

Çikaqoda atışma baş verib, ölən və yaralananlar var

Naməlum şəhərin cənub hissəsində insanlara atəş açıb

Bakı. 18 oktyabr. REPORT.AZ/ ABŞ-ın İllinoys ştatının Çikaqo şəhərində atışma baş verib.

"Report"un məlumatına görə, bu barədə "TASS" agentliyi şəhərin yanğın mühafizə xidmətinin rəsmi nümayəndəsinə istinadən xəbər yayıb.

Məlumata görə, naməlum şəhərin cənub hissəsində insanlara atəş açıb. Nəticədə 1 nəfər ölüb, 4 nəfər yaralanıb.

Hadisə yerinə 5 təcili yardım maşını göndərilib. 

Yaralılar xəstəxanalara yerləşdirilib.

Silahlı insidentin təfərrüatı barədə məlumat verilmir. Polis araşdırmalara başlayıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi