Yuxarı

Çikaqo sakini "Facebook"da birbaşa yayım zamanı güllələnib

Ölüm anını əks etdirən video sosial şəbəkələrdə yayılıb və 700 min dəfə baxılıb

Bakı. 18 iyun. REPORT.AZ/ Çikaqo sakini 28 yaşlı Antonio Perkins "Facebook"da birbaşa yayım zamanı güllələnib.

Bu barədə "Report" BBC-yə istinadən xəbər verir. 

Çikaqo polisindən bildiriblər ki, güllə Perkinsin baş və boyun nahiyəsinə dəyib. 

Hadisə şəhərin qərb rayonlarından birində baş verib. 

Ölüm anını əks etdirən video sosial şəbəkələrdə yayılıb və 700 min dəfə baxılıb.

Bu son üç ayda Çikaqoda "Facebook" şəbəkəsində birbaşa yayım zamanı baş verən ikinci qətl hadisəsidir. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi