Ciddədə partlayış olub, yaralananlar var
Digər ölkələr
- 11 noyabr, 2020
- 12:06
Səudiyyə Ərəbistanının Ciddə şəhərindəki qeyri-müsəlmanlara aid qəbiristanlıqda baş verən partlayış nəticəsində azı 4 nəfər xəsarət alıb.
“Report” xarici KİV-ə istinadən xəbər verir ki, qəbiristanlıqda anım günü (Birinci Dünya müharibəsində həlak olmuş hərbçilərin xatirə günü) mərasimi zamanı qumbara atılıb. Mərasimdə Fransanın baş konsulu da daxil olmaqla Avropa ölkələrinin diplomatları iştirak edib.
Yunanıstan hökumətindən bildiriblər ki, aralarında onların da nümayəndələri olan həmin dörd nəfər yüngül xəsarət alıb.
Xatırladaq ki, ötən ay Ciddədəki Fransa Baş Konsulluğunun mühafizəçisi bıçaqlı hücuma məruz qalmışdı. Fransada Məhəmməd peyğəmbərin karikaturası dərc edildikdən sonra bu ölkə bir çox dindar müsəlmanların hədəfinə çevrilib.
Son xəbərlər
16:32
Nepalda daşqın nəticəsində ölənlərin sayı 669-a çatıb - YENİLƏNİB
Digər ölkələr16:23
Ötən gün qanunsuz saxlanan 8 silah aşkarlanıb
Hadisə16:10
Rusiyada naməlum şəxs ovçulara atəş açıb, biri ölüb
Digər ölkələr16:09
"Azəralüminium" ixrac gəlirlərini 46 % artırıb
Sənaye16:03
Foto
"Yay Fest 2026"nın "Startap və Sahibkarlıq" düşərgəsi başa çatıb
Daxili siyasət15:51
Bakı-Naxçıvan aviareysləri ildırımlı hava şəraiti səbəbindən təxirə salınıb
İnfrastruktur15:36
Azərbaycanda qeyri-həyat sığortası üzrə ödənişlər 15 %-ə yaxın artıb
Maliyyə15:29
Video
Rusiyanın Buça rayonuna zərbəsi nəticəsində ölənlərin sayı 37-yə çatıb - YENİLƏNİB
Digər ölkələr15:28