​Charlie Hebdo Məhəmməd Peyğəmbərin karikaturalarını dərc etməkdən imtina edib

​Charlie Hebdo Məhəmməd Peyğəmbərin karikaturalarını dərc etməkdən imtina edib Həftəlik nəşrin baş redaktoru bildirib ki, jurnal artıq belə karikaturaların çapını planlaşdırmır
Digər ölkələr
18 İyul , 2015 11:57
​Charlie Hebdo Məhəmməd Peyğəmbərin karikaturalarını dərc etməkdən imtina edib

Bakı. 18 iyul. REPORT.AZ/ Fransanın həftəlik Charlie Hebdo nəşri artıq Məhəmməd Peyğəmbərin karikaturaların çapını planlaşdırmır.

"Report" Vaşinqton Post qəzetinə istinadən xəbər verir ki, bu barədə həftəlik jurnalın baş redaktoru və naşiri Loran Surisso açıqlama verib.

"Biz peyğəmbərə çəkilən karikaturalardan azad fikrin ifadə olunması prinsiplərini qorumaq üçün istifadə etmişdik", - Surisso deyib. Onun sözlərinə görə, jurnalın əməkdaşları öz işlərini həyata keçirdilər. Onlar satirik rəsmlərlə bağlı hüquqlarını müdafiə etdilər.

Qeyd edək ki, bir qədər əvvəl, may ayında istefaya gedən Charlie Hebdo-nun baş karikaturaçısı Renal Lüzye demişdi ki, Məhəmməd Peyğəmbərin karikaturaları daha ona maraqlı deyil. "Mən artıq bundan yorulmuşam, eyni ilə Fransanın keçmiş prezidenti Nikolya Sarkozinin karikaturalarını çəkməkdən yorulduğum kimi. Mən bütün həyatımı onların karikaturalarına sərf etmək niyyətində deyiləm", - o vurğulayıb.

Xatırladaq ki, 2015-ci il yanvar ayının 7-də Parisdə Charlie Hebdo-nun redaksiyasına üç silahlı şəxs hücum etmişdi. Terror aktı zamanı 12 nəfər, o cümlədən 10 nəfər jurnalın əməkdaşı həlak olub. 

Son xəbərlər

Orphus sistemi